Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ÜST rəhbəri: Növbəti pandemiya hər an gələ bilər

Dünyada hər an yeni bir pandemiya başlaya bilər..

 

"Report" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə pandemiyanın qarşısının alınması üzrə saziş layihəsini hazırlayan Hökumətlərarası Danışıqlar qurumunun iclasında çıxışı zamanı bildirib.

“Mövcud H5N1 epidemiyası bizə xatırladır ki, növbəti pandemiya hər an gələ bilər”, - ÜST-nin baş direktoru deyib.

O, Hökumətlərarası Danışıqlar qurumu tərəfindən hazırlanan sənədi “nəsillərin razılaşması” adlandıraraq, bu təsisatın həyata keçirdiyi işlərin aktuallığını qeyd edib. "Danışıqların bu il başa çatdırılması tarixi hadisə olacaq", - Qebreyesus vurğulayıb.

Sənəd üzərində işin nəticələrinə 2025-ci ilin mayında keçiriləcək 78-ci Ümumdünya Səhiyyə Assambleyasında və ya Assambleyanın 2024-cü ilin sonuna qədər baş tuta biləcək xüsusi sessiyasında yekun vurulacağı gözlənilir.

Bundan əvvəl iyulun 11-də Qebreyesus Cenevrədə keçirdiyi mətbuat konfransında KambocaABŞ-də qeydə alınan son infeksiya hallarına diqqət çəkərək, bütün ölkələri quş qripi üzərində nəzarəti gücləndirməyə çağırıb. O, həmçinin risk qruplarının, xüsusən də yaşı 60-dan yuxarı olan şəxslərin və tibb işçilərinin COVID-19-a qarşı ildə azı bir dəfə peyvənd edilməsinin zəruriliyini xatırladıb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Masallıda doğuş zamanı körpə ölümü ilə bağlı araşdırma aparılır - Yenilənib

Ən çox oxunanalar